Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Hadisə zamanı 1977-ci il təvəllüdlü Hacıyev Arzuman Talıb oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ çiynin və döş qəfəsinin əziyi diaqnozu qoyulub.