Binədə 85 yaşlı qadını maşın vurub

Binədə 85 yaşlı qadını maşın vurub Sürücü xəsarət alan şəxsi xəstəxanaya yerləşdirib
Hadisə
25 May , 2017 08:53
Binədə 85 yaşlı qadını maşın vurub
Report.az

Bakı. 25 may. REPORT.AZ/ Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, Binə qəsəbəsində yolu keçmək istəyən 1932-ci il təvəllüdlü İsmayılova Tamam Həmzə qızını avtomobil vurub.

Hadisəni törədən sürücü xəsarət alan şəxsi xəstəxanaya yerləşdirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi