Binədə 58 yaşlı qadını avtomobil vurdu

Binədə 58 yaşlı qadını avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
401
14 May , 2021 03:12
Binədə 58 yaşlı qadını avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1963-cü il təvəllüdlü Qaraşova Yeganə Musa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin küt travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi