Binədə 26 yaşlı gənc ağır xəsarət alıb

Binədə 26 yaşlı gənc ağır xəsarət alıb Xəzər rayonunun Binə qəsəbəsində 26 yaşlı gənc ağır bədən xəsarəti alıb.
Hadisə
17 Noyabr , 2019 04:05
Binədə 26 yaşlı gənc ağır xəsarət alıb

Xəzər rayonunun Binə qəsəbəsində 26 yaşlı gənc ağır bədən xəsarəti alıb.

“Report” xəbər verir ki, 1993-cü il təvəllüdlü Cəbrayılov Pərviz Hafiz oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun döş qəfəsində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Xəstə dərhal əməliyyat olunub.

Yaralının yaxınları bildirib ki, C. Pərviz pilləkanlardan yıxılıb.

Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi