Binədə 1 ədəd əl qumbarası aşkar edilib

Binədə 1 ədəd əl qumbarası aşkar edilib Döyüş sursatı zərərsizləşdirilməsi üçün ANAMA-nın məhvetmə ərazisinə daşınıb
Hadisə
14 Noyabr , 2017 00:12
Binədə 1 ədəd əl qumbarası aşkar edilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində 1 ədəd qumbara aşkar olunub.

“Report” xəbər verir ki, bu barədə məlumat noyabrın 13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər tərəfindən həmin ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 35 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi