​“Binə” Ticarət Mərkəzinin yaxınlığında dayanmış avtomobildən 40 min manatlıq qızıl oğurlanıb

​“Binə” Ticarət Mərkəzinin yaxınlığında dayanmış avtomobildən 40 min manatlıq qızıl oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Fevral , 2016 11:41
​“Binə” Ticarət Mərkəzinin yaxınlığında dayanmış avtomobildən 40 min manatlıq qızıl oğurlanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda avtomobildən oğurluq olub. “Report”un xəbərinə görə, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzinin yaxınlığında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Təranə Əsgər qızı Aslanovaya məxsus "BMW" markalı avtomobildən şüşəni sındırmaqla, içərisində 40 min manat dəyərində qızıl-zinyət əşyaları, 100 manat pul və sənədlər olan əl çantası oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi