“Binə” Ticarət Mərkəzinin rəhbərliyi sahibkarlara yer haqqının endiriləcəyinə söz verib - FOTO

“Binə” Ticarət Mərkəzinin rəhbərliyi sahibkarlara yer haqqının endiriləcəyinə söz verib - FOTO Onlar sosial şəbəkələrdə yer alan videogörüntülərin köhnə olduğunu bildirib
Hadisə
22 Dekabr , 2015 16:14
“Binə” Ticarət Mərkəzinin rəhbərliyi sahibkarlara yer haqqının endiriləcəyinə söz verib - FOTO

Onlar sosial şəbəkələrdə yer alan videogörüntülərin köhnə olduğunu bildirib

Bakı. 22 dekabr. REPORT.AZ/ “Binə” Ticarət Mərkəzinin rəhbərliyi burada fəaliyyət göstərən sahibkarlarla görüşüb. Bu haqda “Report”a ayaqqabı satışı ilə məşğul olan sahibkarlardan biri məlumat verib.

O bildirib ki, görüşdən sonra sahibkarların narazı qaldığı məsələ həll edilib: “Dünəndən mağazaları bağlamışdıq. Alverimiz olmadığından rəhbərliyə müraciət etdik ki, yer haqqını aşağı endirsinlər. Ticarət mərkəzinin rəhbərliyi sahibkarlarla danışıq zamanı bildirib ki, gələn aydan yer haqqı aşağı endiriləcək. Çünkü bu ayın ödənişini etmişik. Lakin yer haqqına ödənilən məbləğlərin nə qədər endirilməsi haqda məlumat vermədilər. Bu barədə yenə də rəhbərliklə danışıqlar aparılacaq”.

Ticarət mərkəzində yaranan narazılıqdan sonra sosial şəbəkələrdə yer alan videogörüntülərə gəlincə, sahibkarlar bunun köhnə - 2013-cü ilə aid görüntülər olduğunu bildirib. “Report”un ticarət mərkəzində olan əməkdaşı da ərazidə sakitlik müşahidə edib.

Qeyd edək ki, “Binə” Ticarət Mərkəzində mağazalara ödənilən yer haqqı qiymətləri 1 000-1500 manat arasında dəyişir.

Son xəbərlər

Orphus sistemi