Yuxarı

Binə Ticarət Mərkəzinin rəhbəri dələduzluqda ittiham olunur - EKSKLÜZİV

Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır

Bakı. 22 sentyabr. REPORT.AZ/ Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova dələduzluqda ittiham olunur.

“Report”un xəbərinə görə, Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək K.Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları pulunu ələ keçirdiyini bildirib.

Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.

Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov “Report”a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Lakin o, K.Məmmədovanın heç kimdən pul almadığını deyib: “Əksinə, Kəbirə xanım daim xeyriyyəçilik əməlləri ilə məşğul olub. Yəni, o çox adama pul verib, lakin heç kimdən pul almayıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi