Binə Ticarət Mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işləri davam etdirilir

Binə Ticarət Mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işləri davam etdirilir Dünəndən yağan yağış paytaxtın Abşeron və Qaradağ rayonlarında bir sıra fəsadlara yol açıb.
Hadisə
2 Noyabr , 2019 16:51
Binə Ticarət Mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işləri davam etdirilir

Dünəndən yağan yağış paytaxtın Abşeron və Qaradağ rayonlarında bir sıra fəsadlara yol açıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri yağış suyu yığılmış ərazilərə cəlb olunub.

Hazırda Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Binə Ticarət Mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi