Yuxarı
    Bağlamaq

    "Binə" Ticarət Mərkəzindən oğurluq edən şəxsin apellyasiya şikayəti təmin edilməyib

    Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Cəlil Cəlilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, C.Cəlilovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

    İttiham aktına əsasən, C.Cəlilov 2016-cı il dekabrın 22-də həbs edilib. O, "Binə" Ticarət Mərkəzində yerləşən konteynerlərin birindən 13 min 346 manat dəyərində məhsul oğurlamaqda təqsirli bilinib. C.Cəlilov dəyən ziyandan 6200 manatı ödəyib, lakin 7146 manat ödənməmiş qalıb.

    O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Cəlilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi