Binadan velosiped oğurlanması təhlükəsizlik kameralarına düşdü - VİDEO

Binadan velosiped oğurlanması təhlükəsizlik kameralarına düşdü - VİDEO Bakıda çoxmərtəbəli yaşayış binasında mənzilin qapısı qarşısından velosipedin oğurlanması təhlükəsizlik kameralarına düşüb.
Hadisə
6 May , 2020 10:52
Binadan velosiped oğurlanması təhlükəsizlik kameralarına düşdü - VİDEO
0 : 00
0 : 00

Bakıda çoxmərtəbəli yaşayış binasında mənzilin qapısı qarşısından velosipedin oğurlanması təhlükəsizlik kameralarına düşüb.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində baş verib.

Görüntülərdə oğurluq edən şəxsin binanın həyətinə və bloka necə daxil olması, velosipedi götürüb çıxdıqdan sonra sürərək hansı istiqamətdə getməsinə qədər hər şey əks olunub.

"Volf" markalı sürətötürücülü velosipedi oğurlanmış şəhər sakini "Report"a bildirib ki, hadisə ötən ilin may ayında baş versə də, oğurluq edən şəxs hələ də yaxalanmayıb.

Onun sözlərinə görə, videogörüntülər polis orqanlarına təqdim edilib. Sözügedən ərazidə bu cür halların artdığını deyən vətəndaş qeyd edib ki, oğrunun tutulması istiqamətində axtarışlar davam etsə də, hələlik nəticə əldə edilməyib. 

Son xəbərlər

Orphus sistemi