Yuxarı

Binəqədidə mağazalardan oğurluq edən şəxslər saxlanılıb

Araşdırmalar davam etdirilir

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda mağazalardan oğurluq edən şəxslər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Belə ki, naməlum şəxslər Bakı şəhər sakini Eldəniz Əzizovun işlədiyi mağazada onun başını qataraq 1 ədəd DVD pleyr, 1 ədəd noutbuk və iki ədəd telefon üzlüyünü oğurlayıb. Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri Kamran Bəkirov, Pərvanə Nadirova və Mirazik Dərviş yaxalanıblar.

Araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi