Yuxarı

Binə sakininin üzünə ülgüclə xəsarət yetirilib

Faktla bağlı cinayət işi başlanıb

Bakı. 3 Oktyabr. REPORT.AZ/ Bakının Xəzər rayonu Binə qəsəbəsində vətəndaşın xəsarət almasına səbəb olan hadisə baş verib. Bu barədə "Report"a Xəzər Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Hadisə qəsəbə ərazisində yerləşən dəmir yol keçidinin yaxınlığında qeydə alınıb. 24 yaşlı Ağasəməd Quliyevlə Vüsal adlı şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı Vüsal cibindən ülgüc çıxararaq A.Quliyevin üzünə xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb.

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Hadisə yerinə Xəzar RPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları gəliblər. Hazırda polis əməkdaşları A.Quliyevə  xəsarət yetirən Vüsal adlı şəxsin axtarışlarını davam etdirir. Zərərçəkən polis tərəfindən dindirilib. O, Vüsal adlı şəxslə yolla gedərkən təsadüfən rastlaşdığını və aralarında mübahisə düşdüyünü bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi