Bilgəhdə dənizdə batan 74 yaşlı kişinin meyiti çıxarılıb

Bilgəhdə dənizdə batan 74 yaşlı kişinin meyiti çıxarılıb Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.
Hadisə
8 Avqust , 2021 11:52
Bilgəhdə dənizdə batan 74 yaşlı kişinin meyiti çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1947-ci il təvəllüdlü Həsənov Nizami Əbülfət oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi