Bilgəhdə ağır yol qəzası baş verib, ölənlər var - VİDEO

Bilgəhdə ağır yol qəzası baş verib, ölənlər var - VİDEO "Zaporojets" markalı avtomobilin sürücüsü ilə bərabər yandığı bildirilir
Hadisə
2 Avqust , 2015 21:47
Bilgəhdə ağır yol qəzası baş verib, ölənlər var - VİDEO

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakının Bilgəh qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə qəsəbədəki çimərlik istirahət mərkəzlərinin birinin yaxınlığında qeydə alınıb.

4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində ölənlər də olub.

Qəza nəticəsində "Range Rover" markalı 90 KX 010 dövlət nömrə nişanlı avtomobil çevrilib, "ZAZ" ("Zaporojets") markalı 10 DX 902 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ilə bərabər yandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi