Biləsuvarın DYP rəisi tutduğu vəzifədən azad edilib

Biləsuvarın DYP rəisi tutduğu vəzifədən azad edilib Şaiq Ağayev Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib
Hadisə
18 İyun , 2017 13:03
Biləsuvarın DYP rəisi tutduğu vəzifədən azad edilib

Biləsuvar. 18 iyun. REPORT.AZ/ Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Şaiq Ağayev tutduğu vəzifəsindən azad edilib.

"Report"un yerli bürosunun məlumatına görə, Ş. Ağayev Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu vəzifələrə qədər Füzuli, Cəbrayıl və Biləsuvar rayonlarının dövlət yol polisi bölmələrinin rəisi vəzifələrində çalışıb.

Son xəbərlər

Orphus sistemi