Biləsuvarda yük maşını aşıb, sürücü xəsarət alıb

Biləsuvarda yük maşını aşıb, sürücü xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Sentyabr , 2017 18:51
Biləsuvarda yük maşını aşıb, sürücü xəsarət alıb

Biləsuvar. 18 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Shacman” markalı, qumla dolu yük maşını idarəetməni itirərək yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yük maşının aşması yolda bir müddət tıxac yaranmasına da səbəb olub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi