Yuxarı

​Biləsuvarda yol qəzasında biri azyaşlı olmaqla 5 nəfər yaralanıb

Faktla bağlı araşdırma aparılır

Biləsuvar. 25 iyul. REPORT.AZ/ Biləsuvarda yol qəsazı baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 55 yaşlı Raisa Həsənağa qızı Ağayeva, 20 yaşlı Arzu Məmməd qızı Əlayə, 53 yaşlı Natəvan Əziz qızı Bayramova, Masallı rayon sakinləri - 26 yaşlı Nigar Məmməd qızı Məmmədova və 7 yaşlı Nəzrin Anar qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəstəxanada onlara ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi