Biləsuvarda yol qəzası olub, xəsarət alan var 

Biləsuvarda yol qəzası olub, xəsarət alan var  Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Hadisə
16 Mart , 2021 18:27
Biləsuvarda yol qəzası olub, xəsarət alan var 

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Nəticədə xəsarət alan sürücülərdən biri, Cəbrayıl rayonunun Nüzgar kənd sakini, 1974-ci il təvəllüdlü Əliyev Yalçın İbrahim oğlu xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi