Biləsuvarda yol qəzası olub, xəsarət alan var

Biləsuvarda yol qəzası olub, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Sentyabr , 2017 19:20
Biləsuvarda yol qəzası olub, xəsarət alan var

Biləsuvar. 15 sentyabr. REPORT.AZ/ Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, minik avtomobili ilə motosiklet toqquşub. Bu zaman motosikletin sürücüsü, Xırmandalı kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Gülağa oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, R.Abdullayevin atası G.Abdullayev əvvələr Dövlət Yol Polisinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi