Biləsuvar rayonunda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bu, sürücü, Lerik rayonunun Nuravud kənd sakini, 1982-ci il təvəllüdlü Dadaşov Əfqan Ənvər oğludur.
1841
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Həmçinin minik avtomobilinin bir neçə sərnişini ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

