Biləsuvarda yol qəzası olub, ölən var

Biləsuvarda yol qəzası olub, ölən var Biləsuvar rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib
Hadisə
18 May , 2021 15:52
Biləsuvarda yol qəzası olub, ölən var
0 : 00
0 : 00

Biləsuvar rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistal avtomobil yolunun 91-ci kilometrliyində qeydə alınıb.

Belə ki, "Renault Megane" markalı minik avtomobilinin sürücüsü 26 yaşlı Məhərrəmov Anar Kamil oğlu eyni istiqamətdə hərəkət edən "Tatra" markalı yük maşınına arxadan çarpılıb. Sonra yoldan çıxaraq beton maneəyə çarpılıb.

Qəza nəticəsində sürücü A.Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi