Biləsuvarda yol qəzası baş verib: xəsarət alanlar var

Biləsuvarda yol qəzası baş verib: xəsarət alanlar var Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar
Hadisə
1 Avqust , 2017 23:13
Biləsuvarda yol qəzası baş verib: xəsarət alanlar var

Biləsuvar. 1 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-21011" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirdiyindən avtomobil yaxınlıqdakı arxa düşüb. Hadisə nəticəsində sürücü ağır, onun iki sərnişini isə yüngül xəsarət alıblar.

Avtomobildəki yaralılar hadisə yerində olan şahidlər tərəfindən sudan çıxarılıblar. Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi