Biləsuvarda yol qəzası baş verib, sürücü avtomobilin ön şüşəsindən çölə düşüb

Biləsuvarda yol qəzası baş verib, sürücü avtomobilin ön şüşəsindən çölə düşüb Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
131
5 Sentyabr , 2019 10:41
Biləsuvarda yol qəzası baş verib, sürücü avtomobilin ön şüşəsindən çölə düşüb

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb. Qəza nəticəsində sürücü Firdovsi Alməmmədli ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, zərbənin təsirindən sürücü avtomobilin ön şüşəsindən çölə düşüb. Hadisəyə ilkin səbəb kimi yüksək sürət göstərilir. 

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi