Biləsuvarda yanğın olub: uşaq ölüb, ananın vəziyyəti ağırdır

Biləsuvarda yanğın olub: uşaq ölüb, ananın vəziyyəti ağırdır Faktla bağlı araşdırma aparılır
Hadisə
1085
17 İyun , 2017 10:57
Biləsuvarda yanğın olub: uşaq ölüb, ananın vəziyyəti ağırdır

Bakı. 17 iyun. REPORT.AZ/ Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi