Biləsuvarda sürücünün sükan arxasında ölməsi qəzaya səbəb olub

Biləsuvarda sürücünün sükan arxasında ölməsi qəzaya səbəb olub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
20 Aprel , 2017 12:42
Biləsuvarda sürücünün sükan arxasında ölməsi qəzaya səbəb olub

Biləsuvar. 20 aprel. REPORT.AZ/ Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Xırmandalı kənd sakini Abbas Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən qəfildən ürəyi tutub və sürücü sükan arxasında ölüb. Nəticədə idarəetmədən çıxan avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Məlumata görə, A.Əliyev ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi