Biləsuvarda sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər cərimələndi

Biləsuvarda sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər cərimələndi Bu cür tədbirlərin məhz onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı izah olunub, barələrində qanunamüvafiq tədbirlər görülüb
Hadisə
104
17 May , 2021 11:25
Biləsuvarda sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər cərimələndi
0 : 00
0 : 00

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki yollarda piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq cihazları və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb.

Bu cür tədbirlərin məhz onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı izah olunub, barələrində qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi