Biləsuvarda son bir ayda 1 092 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub

Biləsuvarda son bir ayda 1 092 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub Bakı. 1 oktyabr. REPORT.AZ/ Sentyabrın 1-də FHN və DİN-dən ANAMA-ya Biləsuvar rayonunun Mahmudçala ovçuluq təsərrüfatı ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
Hadisə
1 Oktyabr , 2018 02:34
Biləsuvarda son bir ayda 1 092 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Sentyabrın 1-də FHN və DİN-dən ANAMA-ya Biləsuvar rayonunun "Mahmudçala" ovçuluq təsərrüfatı ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

“Report” xəbər verir ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 30 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd partlamamış hərbi sursat, 1.2 kq TNT və 1 ədəd "SEVİDJ" markalı tapança aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 6 000 kv.m əraziyə yerüstü baxış keçirilib.

28 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 092 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik və 1 ədəd " SEVİDJ" markalı tapança, 1 ədəd AK-74 və 1 ədəd RPK-74 avtomatı aşkar olunub, 191 400 kv.m əraziyə yerüstü və 20 000 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi