Biləsuvarda sərnişin avtobusu qəzaya düşüb, 6 nəfər xəsarət alıb

Biləsuvarda sərnişin avtobusu qəzaya düşüb, 6 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Yanvar , 2018 09:38
Biləsuvarda sərnişin avtobusu qəzaya düşüb, 6 nəfər xəsarət alıb

Biləsuvar. 15 yanvar. REPORT.AZ/ Biləsuvar rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun giriş hissəsində qeydə alınıb. 

Belə ki, Lənkarandan Bakı istiqamətində hərəkətdə olan sərnişin daşıyan mikroavtobusla “Mersedes” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi