Biləsuvarda sahibsiz itlər sakinlər üçün təhlükə mənbəyinə çevrilib

Biləsuvarda sahibsiz itlər sakinlər üçün təhlükə mənbəyinə çevrilib Biləsuvarda sahibsiz küçə itləri sakinlər üçün təhlükə mənbəyinə çevrilib.
Hadisə
30 İyun , 2022 17:19
Biləsuvarda sahibsiz itlər sakinlər üçün təhlükə mənbəyinə çevrilib

Biləsuvarda sahibsiz küçə itləri sakinlər üçün təhlükə mənbəyinə çevrilib.

Bu barədə "Report"un yerli bürosuna şəhərin Qara Qarayev küçəsinin sakinləri məlumat verib.

Onların sözlərinə görə, əsasən axşamlar saatlarında bütün sahibsiz itlər şəhərin küçələrinə toplaşırlar. Buna görə də onlar itlərin hücum edəcəyindən qorxaraq zərurət yarananda belə yaşayış yerlərini tərk edə bilmədiklərini bildiriblər.

"Özümüz və uşaqlar qorxudan küçəyə çıxa bilmirik. Hər an bizə hücum edə bilərlər. Bundan əlavə, belə itlər sahibsiz olduğu üçün demək olar ki, onların təmizliyi ilə heç kim maraqlanmır. Buna görə də sahibsiz itlər özləri ilə daşıdığı bit-birələri küçələrə və həyətlərə yayırlar. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi vaxtaşırı bununla bağlı dezinfeksiya işləri aparsa da, bu, effektiv olmur. Çünki itlər yenidən bu bit-birəni ətrafa yayır. Ona görə də, biz aidiyyəti orqanlardan, rayon Baytarlıq İdarəsindən xahiş edirik ki, itlərin küçələrdən təmizlənməsi problemini həll etsinlər", - sakinlər bildirib.

Sakinlərin problemi ilə bağlı Biləsuvar rayon Baytarlıq İdarəsinə məlumat verilib. İdarədən "Report"a bildirilib ki, sahibsiz itlərlə bağlı işlər onların səlahiyyətlərinə aid deyil.

Son xəbərlər

Orphus sistemi