Yuxarı
    Bağlamaq

    DİN Maştağada xüsusi əməliyyat keçirib, külli miqdarda silah-sursat götürülüb, 3 nəfər saxlanılıb

    Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir

    Bakı. 7 iyun. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları qanunsuz olaraq odlu silah-sursatın saxlanılması, eləcə də narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. 

    Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. 

    Belə ki, daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayon sakinləri Anar Məcidov, Ağakamal Zəkiyev və qardaşı Ağazakir tutulublar.

    Saxlanılan şəxslərin Maştağa qəsəbəsində yaşadıqları evə baxış zamanı müvafiq sənədləri olmayan “Makarov” markalı tapança, “Vinçester” markalı ov tüfəngi, 1 ədəd patron darağı və 17 ədəd müxtəlif çaplı patron, habelə, həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 940 kiloqram olan 1 449 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

    Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi