​Biləsuvarda reyd keçirilib: 40 sürücü cərimələnib

​Biləsuvarda reyd keçirilib: 40 sürücü cərimələnib Günün birinci yarısında 50-dən çox nəqliyyat vasitəsi saxlanılıb
Hadisə
26 Noyabr , 2015 09:06
​Biləsuvarda reyd keçirilib: 40 sürücü cərimələnib

Bakı. 26 noyabr. REPORT.AZ/ Biləsuvar RPŞ Dövlət Yol Polisinin (DYP) əməkdaşları şəhərin bir neçə mərkəzi küçəsində reyd keçirib.

"Report" xəbər verir ki, yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı günün birinci yarısında 50-dən çox nəqliyyat vasitəsi saxlanılıb.

Saxlanılanlardan 40 nəfər barəsində inzibati protokol tərtib olunub. Onlardan 6 nəfər avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə, 2 nəfər ötmə əməliyyatı qaydasını pozduğuna, 12 nəfər nəqliyyat vasitəsini texniki baxışdan keçirmədiyi üçün, 12 nəfər təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə, 2 nəfər polisin qanuni tələbinə əməl etmədiyinə görə cəzalandırılıb.

3 ay müddətində cəriməsini ödəmədiyi üçün barələrində axtarış verilmiş 5 nəfərin avtomaşını cərimə meydançasına aparılıb. Reydlər günün ikinci yarısı da davam etdirilib.

Son xəbərlər

Orphus sistemi