Yuxarı

Biləsuvarda qəzaya uğrayan avtomobil yaşayış evinə çırpılıb

Biləsuvarda qəzaya uğrayan avtomobil yaşayış evinə çırpılıb

Biləsuvar. 28 iyul. REPORT.AZ/ Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Amankənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Mercedes" markalı avtomobil yaşayış evinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və yaşayış evinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi