Biləsuvarda qəzada yanıq xəsarəti alan digər sürücü də ölüb - FOTO

Biləsuvarda qəzada yanıq xəsarəti alan digər sürücü də ölüb - FOTO Biləsuvar rayonunda benzin daşıyan avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan Biləsuvar sakini, 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlu müalicə aldığı xəstəxanada ölüb.
Hadisə
27 Noyabr , 2019 00:12
Biləsuvarda qəzada yanıq xəsarəti alan digər sürücü də ölüb - FOTO

Biləsuvar rayonunda benzin daşıyan avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan Biləsuvar sakini, 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlu müalicə aldığı xəstəxanada ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, noyabrın 22-də baş vermiş qəzada yanıq xəsarətləri alan köməkçi sürücü müalicəsinin davam etdirilməsi üçün Bakıya göndərilmişdi. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, E. Məmmədov sürücü həmkarını xilas etmək istəyən zaman yanıq xəsarətləri alıb.

Qeyd edək ki, Bakıdan Naxçıvana gedən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlunun idarə etdiyi "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyatı nişanlı yanacaqla dolu avtomobil yol kənarına aşıb və nəticədə yanğın baş verib. Hadisədə avtomobilin yanar hissələri, eləcə də çəndə olan 38 ton “Aİ-93” markalı benzin yanıb. Y.Kələntərovun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. E.Məmmədov isə əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib. Daha sonra onun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə köçürülmüşdü.

Son xəbərlər

Orphus sistemi