Biləsuvarda qanunsuz silahlar polisə təhvil verilib

Biləsuvarda qanunsuz silahlar polisə təhvil verilib Biləsuvar rayonunda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib.
Hadisə
17 fevral 2025 15:18
Biləsuvarda qanunsuz silahlar polisə təhvil verilib

Biləsuvar rayonunda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində növbəti profilaktik tədbirlər keçirilib.

Tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan müxtəlif markalı 15 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi