Biləsuvarda "Qanlı dairə" adlandırılan ərazidə işıqfora ehtiyac var

Biləsuvarda "Qanlı dairə" adlandırılan ərazidə işıqfora ehtiyac var Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunu Biləsuvar şəhərinə birləşdirən hissəsindəki dairəni sürücülər "Qanlı dairə" adlandırırlar.
Hadisə
29 İyun , 2022 13:12
Biləsuvarda Qanlı dairə adlandırılan ərazidə işıqfora ehtiyac var

Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunu Biləsuvar şəhərinə birləşdirən hissəsindəki dairəni sürücülər "Qanlı dairə" adlandırırlar.

Bu barədə "Report"un Muğan bürosuna sürücülər danışıb.

Onlar bunun səbəbini yolun bu hissəsində baş vermiş çoxsaylı qəzalarla əlaqələndiriblər:

"Demək olar ki, hər həftə bu ərazidə ən azı bir ağır qəza baş verir. Yolun bu hissəsində heç kim bir birini gözləmir. Nəticədə də ağır yol qəzaları baş verir. Yolun bu hissəsinə işıqfor quraşdırılmasını aidiyyəti orqanlardan xahiş edirik".

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə digər şəhər və rayonlarda olduğu kimi Biləsuvarda da yeni yol nişanlarının və işıqforların quraşdırılması, zolaqların çəkilməsi təmin edilir. Onun sözlərinə görə, sözügedən əraziyə də Biləsuvar RPŞ-nin və aidiyyatı qurumun əməkdaşları tərəfindən baxış keçiriləcək və müvafiq qərar qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi