Biləsuvarda qadını maşın vurub

Biləsuvarda qadını maşın vurub Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
8 Noyabr , 2017 08:53
Biləsuvarda qadını maşın vurub
Report

Biləsuvar. 8 noyabr. REPORT.AZ/ Biləsuvar rayonunda piyadavurma hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, rayonun "Təyyarə meydanı" adlı yaşayış massivinin sakini 1967-ci il təvəllüdlü Həziyeva Arzu Xeyrulla qızı minik avtomobili tərəfindən vurulub.

Yaralı qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi