Biləsuvarda polisi şantaj etmək yolu ilə pul tələb edən şəxslər tutulub

Biləsuvarda polisi şantaj etmək yolu ilə pul tələb edən şəxslər tutulub Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır
Hadisə
13 Mart , 2017 12:24
Biləsuvarda polisi şantaj etmək yolu ilə pul tələb edən şəxslər tutulub

Bakı. 13 mart. REPORT.AZ/ Biləsuvar rayonunda polisi şantaj etmək yolu ilə pul tələb edən şəxslər tutulub.

"Report" xəbər verir ki, martın 10-da Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı, polis baş serjantı Cavad Həsənov Şöbənin rəhbərliyinə raportla müraciət edərək bir qrup rayon sakininin guya barəsində olan rüsvayedici videogörüntüləri sosial şəbəkədə yayacaqları ilə hədələyib ondan 3 000 manat pul tələb etdiyini bildirib.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1 000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi