Biləsuvarda poçtun seyfini oğurlayan şəxslər tutulub

Biləsuvarda poçtun seyfini oğurlayan şəxslər tutulub Bakı. 26 yanvar. REPORT.AZ/ Biləsuvar rayon Polis şöbəsinin (RPŞ) post patrul xidməti tağımının əməkdaşlarının sayıqlığı nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən poçt mətəqəsindən oğurlanan seyfi aparmaq istəyən şəxslər saxlanılıb.
Hadisə
26 Yanvar , 2019 16:58
Biləsuvarda poçtun seyfini oğurlayan şəxslər tutulub

Bakı. 26 yanvar. REPORT.AZ/ Biləsuvar rayon Polis şöbəsinin (RPŞ) post patrul xidməti tağımının əməkdaşlarının sayıqlığı nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən poçt mətəqəsindən oğurlanan seyfi aparmaq istəyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, yanvarın 26-da gecə saat 03:15 radələrində Biləsuvar şəhəri ərazisində xidmət aparan RPŞ-nin post patrul xidmətinin əməkdaşlarının diqqətini yük yerinə seyf qoyulan “VAZ 2107” markalı avtomobil çəkib. Məlum olub ki, həmin seyf Biləsuvar Poçt filialının 1 saylı poçt məntəqəsindən oğurlanıb. Avtomobilin sürücüsü rayonun Zəhmətabad kənd sakini A.Bünyadov və sərnişini, şəhərin S.Vurğun küçəsində yaşayan Sərvər Sərvərli saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Araşdırmalarla S.Sərvərlinin poçt məntəqəsinin dəmir barmaqlıqlarını qıraraq ora daxil olduğu və içərisində sənədlər və zərflər olan 1 ədəd seyfi, 1 ədəd printeri, 1 ədəd dekoderi oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi