Biləsuvarda poçtdan seyfin oğurlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub - TƏFƏRRÜAT

Biləsuvarda poçtdan seyfin oğurlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub - TƏFƏRRÜAT Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
10 Mart , 2018 21:11
Biləsuvarda poçtdan seyfin oğurlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub - TƏFƏRRÜAT

Biləsuvar. 10 mart. REPORT.AZ/ Biləsuvar rayonunda poçtdan edilmiş oğurluqla bağlı təfərrüatlar məlum olub.

“Azərpoçt” MMC-dən "Report"un Aran bürosuna verilən məlumata görə, hadisə martın 7-si axşam saatlarında baş verib.

Bildirilir ki, Biləsuvar rayon Ağalıkənd Poçt şöbəsinin yerləşdiyi binanın pəncərəsi naməlum şəxslər tərəfindən qırılıb və içəridə olan sənədlər (qəbzlər) və 60 manat nağd pul olan seyf oğurlanıb.

Martın 8-də Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları Ağalıkənd Poçt şöbəsinin yaxınlığından zədələnmiş, ancaq ağzı bağlı olan seyfi taparaq, Biləsuvar rayon Poçt filialına təhvil veriblər.

Naməlum şəxslər Poçt şöbəsindən apardıqları seyfin içərisində olan sənədləri və pul vəsaitini oğurlaya bilməyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***14:21

Biləsuvar. 10 mart. REPORT.AZ/ Biləsuvar rayonunda poçtdan oğurluq olub.

"Report"un Aran bürosunun məlumatına görə, oğurluq hadisəsi rayonun Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, axşam saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən kənd ərazisində yerləşən poçt şöbəsindən seyf oğurlanıb.

Həmçinin həmin günü kənddə yerləşən ərzaq dükanından da oğurluq edilib.

Hazırda hər iki faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi