Yuxarı

Biləsuvarda pambıq yığan qadınlar arasında dava olub, xəsarət alanlar var

Yaralı qadınlar xəstəxanaya yerləşdirilib

Biləsuvar. 7 noyabr. REPORT.AZ/ Biləsuvar rayonunda pambıq yığımı zamanı qadınlar arasında dava düşüb. 

“Report”un Aran bürosu xəbər verir ki, dava zamanı iki qadın ağır bədən xəsarətləri alıb. 

Belə ki, xəsarət alan qadınlar - rayonun Ağayrı kənd sakini, 1990-cı il təvəllüdlü Aybəniz Bacəddin qızı Fərzullayeva və rayonun Nəsimi kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Sərhad qızı Fərhadova müxtəlif dərəcli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qadınlar sahədə pambıq yığımı zamanı bir - biri ilə mübahisə ediblər. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi