Biləsuvarda ovçuluq təsərrüfatından iki partlamamış hərbi sursat tapılıb

Biləsuvarda ovçuluq təsərrüfatından iki partlamamış hərbi sursat tapılıb Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 1-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Biləsuvar rayonunun Mahmudçala ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
Hadisə
15 Sentyabr , 2018 18:44
Biləsuvarda ovçuluq təsərrüfatından iki partlamamış hərbi sursat tapılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 1-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Biləsuvar rayonunun "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

“Report” xəbər verir ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 15 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 8 100 kv.m əraziyə yerüstü və 405 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi