Biləsuvarda ovçu saxlanılıb

Biləsuvarda ovçu saxlanılıb Biləsuvar rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.
Hadisə
111
3 Fevral , 2020 15:48
Biləsuvarda ovçu saxlanılıb

Biləsuvar rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Mahmudçala adlanan ərazidə qanunsuz ov edən rayonun Xırmandalı kənd sakini Bayram Teymurov tutulub.

Həmin şəxsdən müvafiq sənədləri olmayan İj-43 markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən səs qurğusu və 4 ədəd ov quşu aşkar edilərək götürülüb.

B.Teymurov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi