Biləsuvarda otbağlayan aqreqat mexanizatorun üstünə aşıb

Biləsuvarda otbağlayan aqreqat mexanizatorun üstünə aşıb Biləsuvar rayonunun Xırmandalı kəndində bədbəxt hadisə baş verib.
Hadisə
11 İyun , 2021 19:53
Biləsuvarda otbağlayan aqreqat mexanizatorun üstünə aşıb
0 : 00
0 : 00

Biləsuvar rayonunun Xırmandalı kəndində bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Hüseynov Balasər Adışirin oğlu yaşadığı ünvanda özünəməxsus otbağlayan aqreqatı təmir edən zamanı qoşqu onun üzərinə aşıb.

Nəticədə mexanizator müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi