Biləsuvarda oğurluqla məşğul olan şəxs saxlanılıb - FOTO

Biləsuvarda oğurluqla məşğul olan şəxs saxlanılıb - FOTO Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir
Hadisə
23 Avqust , 2017 14:44
Biləsuvarda oğurluqla məşğul olan şəxs saxlanılıb - FOTO
Report.az

Biləsuvar. 23 avqust. REPORT.AZ/ Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən və dükanlardan oğurluq edən şəxs saxlanılıb. 

“Report”un Aran bürosu xəbər verir ki, istintaq zamanı məlum olub ki, rayon sakini Fərid Əlizadə müxtəlif vaxtlarda rayonun Nəsimikənd kəndində dayısının evindən plazma televizoru, eləcə də qızıl-zinət əşyaları satılan dükandan ümumi dəyəri 4000 manata yaxın olan gümüş əşyaları oğurlayıb. 

Saxlanılan şəxs polisə verdiyi ilkin ifadəsində törətdiyi əməli etiraf edərək oğurladığı əşyaları ucuz qiymətə satdığını bildirib.

Aparılan axtarışlar nəticəsində gümüş-zinət əşyalarının Bakı şəhərindəki gümüş mağazalarından birinə satıldığı məlum olub. Oğurluq əşyalar geri qaytarılaraq sahibinə təhvil verilib.

Faktla bağlı Biəsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.

Qeyd edək ki, Fərid Əlizadə əvvəllər də oğurluq əməlinə görə dustaq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi