Biləsuvarda oğurluq etdikləri mağazanı yandıran şəxslər tutulub - FOTO - VİDEO

Biləsuvarda oğurluq etdikləri mağazanı yandıran şəxslər tutulub - FOTO - VİDEO Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
16 Yanvar , 2016 15:07
Biləsuvarda oğurluq etdikləri mağazanı yandıran şəxslər tutulub - FOTO - VİDEO

Bakı. 16 yanvar. REPORT.AZ/ Biləsuvarda silsilə oğurluq edən şəxslər tutulub. "Report" xəbər verir ki, rayon sakini Cəmil Xudaverdi oğlu Kazımov oğurluq edildikdən sonra mağazasının yandırıldığı barədə polis şöbəsinə müraciət edib. 

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəhmədabad kənd sakinləri Elsevər Tahir oğlu Rzazadə və Heydər Müslüm oğlu Qasımlı şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. İlkin dindirilmə zamanı məlum olub ki, həmin şəxslər Cəmil Kazımova məxsus ərzaq mağazasına daxil olaraq 5 200 manat dəyərində ərzaq məhsulları oğurlayıb. Onlar izi itirmək məqsədilə mağazaya od vuraraq yandırmaqla mağaza sahibinə 15 min manat maddi ziyan vurublar.

Bundan başqa, E.Rzazadə və H.Qasımlının müxtəlif vaxtlarda rayonun Əliabad, Xırmandalı, Çinarlı və digər kəndlərindən də silsilə oğurluq etdikləri də məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi