Biləsuvarda naməlum şəxslər qadın həkimin əl-qolunu bağlayaraq evini qarət ediblər

Biləsuvarda naməlum şəxslər qadın həkimin əl-qolunu bağlayaraq evini qarət ediblər Həkimin evindən qızıl-zinət əşyaları oğurlanıb
Hadisə
7 May , 2017 12:14
Biləsuvarda naməlum şəxslər qadın həkimin əl-qolunu bağlayaraq evini qarət ediblər

Biləsuvar. 7 may. REPORT.AZ/ Biləsuvar şəhərində oğurluq hadisəsi baş verib.

"Report"un Cənub bürosunun xəbərinə görə, naməlum şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbarahimovanın evinə daxil olaraq əvvəlcə onun əl-qolunu bağlayıblar, daha sonra isə evdə olan qızıl-zinət əşyalarını oğurlayaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır. Oğruların tapılması istiqamətində əməliyyat-axtarış tədbirlər həyata keçirilir.

Qeyd edək ki, G.İbrahimova Biləsuvar MRX-nın Laboratoriya şöbəsində işləyir.

Son xəbərlər

Orphus sistemi