Biləsuvarda motosiklet qəzası olub, xəsarət alan var 

Biləsuvarda motosiklet qəzası olub, xəsarət alan var  Biləsuvar rayonunda motosiklet qəzaya uğrayıb.
Hadisə
11 İyun , 2021 18:03
Biləsuvarda motosiklet qəzası olub, xəsarət alan var 
0 : 00
0 : 00

Biləsuvar rayonunda motosiklet qəzaya uğrayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Dərvişli kənd sakini, 1972-ci il təvəllüdlü Abbasov Vüqar Əzimxan oğlu "Planet 5" markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək yoldan kənara aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi