Biləsuvarda minik avtomobili motosikletlə toqquşdu, ölən var

Biləsuvarda minik avtomobili motosikletlə toqquşdu, ölən var Biləsuvar rayonunda yol qəzası baş verib.
Hadisə
22 İyun , 2020 19:27
Biləsuvarda minik avtomobili motosikletlə toqquşdu, ölən var

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota" markalı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, Nərimankənd kənd sakini Ramin Xanhüseyn oğlu Nəzərov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi