Biləsuvarda mağazadan oğurluq edən şəxs tutulub

Biləsuvarda mağazadan oğurluq edən şəxs tutulub ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
5 Mart , 2016 12:12
Biləsuvarda mağazadan oğurluq edən şəxs tutulub

Bakı. 5 mart. REPORT.AZ/ Biləsuvar rayonunda oğurluq hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayon sakini Rəvan Abdullayevə məxsus mağazada qeydə alınıb. Zərərçəkən R.Abdullayev hadisə barədə Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. Polis hadisə baş verən yerə baxış keçirib. Müəyyən olunub ki, mağazadan 200 manat pul, ərzaq məhsulları və danışıq kartları oğurlanıb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs - əvvələr məhkum olunmuş Habil Şükürov tutulub.

Faktla bağlı araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi